Avropada qaz qiymətləri təklif çatışmazlığına görə deyil, anbarın dolum səviyyəsinin aşağı olması səbəbindən yüksəkdir.
Eləcə də bax: Azərbaycan Türkiyə və Avropaya - Qaz Tədarükünü Artırmaq Niyyətindədir
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bunu Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak deyib.
Onun sözlərinə görə, hazırda Avropa bazarı qazla tam təmin olunub, çünki ümumiyyətlə, idxalın tədarükü, üstəlik Avropanın öz hasilatı daxili istehlakı təmin edir.
"Eyni zamanda, hətta yeraltı anbarlara da qismən qaz vurulur, yəni qaz çatışmazlığı yoxdur", - A. Novak qeyd edib.
Baş nazirinin müavini onu da vurğulayıb ki, son beş ildə qaz anbarlarının doluluğu minimal səviyyədədir, yəni təxminən 74%-i, halbuki adətən bu göstərici 85-90%-dən çox olur: "Bu, əlbəttə, bazar iştirakçıları arasında narahatlıq yaradır, risklər var, nəticədə, bazar hər zaman olduğu kimi reaksiya verir, qiymətlər qalxır", - A. Novak bildirib.