Bu ilin martın 1-dən Rusiya neftinin ixrac rüsumu 10,6 ABŞ dolları məbləğində artırılaraq bir tonu üçün 58,3 dollar təşkil edəcək.
Eləcə də bax: Neftin rekord qiyməti qlobal artımı yavaşladıb - İNFLYASİYANI ARTIRA BİLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, hazırda sözügedən göstərici 47,7 dollar təşkil edir.
Qeyd olunur ki, 15 yanvar – 14 fevral 2021-ci il tarixləri arasında Rusiyanın ixrac etdiyi "Urals" markalı neftin bir barel üçün orta qiyməti 91,70738 dollardan və ya bir tonu üçün 669,5 dollar olub.