Neftin bir barelinin ortamüddətli perspektivdə 50 dollara satılmasını ədalətli qiymət hesab etmək olar.
FED.az xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.
Eləcə də bax: Rusiya: Neftə tələb - AZALIB
Novak, İran və Venesuelada hasilatın azalması müqabilində ABŞ daxil olmaqla bəzi ölkələrdə artması nəzərə alınsa, uzunmüddətli gələcəkdə də qiymətlərin hazırkı səviyyəyə yaxın olacağını dilə gətirib.
Qeyd edək ki, “Fitch” beynəlxalq reytinq agentliyi cari ildə neftin bir barelinin 65 dollara satılacağına dair proqnoz verib. Ekspertlərin fikrincə, Yaxın Şərqdə Küveyt və BƏƏ kimi bir çox OPEC üzvü ölkələr üçün belə qiymət əlverişlidir. Yalnız Səudiyyə Ərəbistanında büdcənin kəsirsiz olması üçün neftin qiyməti azı 80 dollar səviyyəsində olmalıdır.
Xatırladaq ki, OPEC üzvləri arasında ən böyük neft istehsalçısı olan Səudiyyə Ərəbistanı Rusiya ilə yanaşı OPEC+ razılaşmasının lideri hesab olunur.
"Report"