Rusiyanın Energetika naziri Aleksandr Novak, qlobal iqtisadiyyatdakı ləngimə səbəbindən neft tələbinin düşdüyünü bildirərək, "Qlobal neft tələbi artımı bu il 2018-ci illə müqayisədə sutkada 500 min barel azalıb",- deyib.
FED.az xəbər verir ki, Novak, Rusiyanın paytaxtı Moskvada Rusiya Enerji Həftəsi çərçivəsində təşkil olunan "Qeyri-sabit Bir Dünyada Enerji Asılılığını Qorumaq" adlı sessiyada neft bazarlarındakı proseslər ilə bağlı çıxış edib.
Eləcə də bax: Ələkbərov: "İlin sonuna qədər neftin qiyməti 60 dollarda - QALA BİLƏR"
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və OPEC-ə üzv olmayan neft istehsalçıları olaraq bazarda bir böhran vəziyyəti görmədiklərinə işarə edən Novak, "Ancaq bazarda böhran vəziyyəti olarsa, neft hasilatını artırıb və ya azaldıb müdaxilə edə bilərik. Son 3 ildir ki, belə edirik və bu bazarların tənzimlənməsinə kömək olur", - deyib.
Novak, qlobal iqtisadi inkişafın 2019-da 3 faiz ətrafında olmasının gözlədiyini dilə gətirərək, "Ticarət müharibələri səbəbindən ABŞ, Avropa Birliyi və Çində baş verən iqtisadi yavaşlama neft tələbinə mənfi təsir edir. Qlobal neft tələbi artımı bu il 2018-ci illə müqayisədə sutkada 500 min barel azalıb",- deyib.
Neft qiymətlərinin ən çox ABŞ-ın neft ehtiyatlarına dair statistik məlumatlardan "əziyyət çəkdiyini" qeyd edən Novak, "Əlbəttə ki, ABŞ dünyanın neft ehtiyatının sahibi deyil, ancaq bazar bundan təsirlənir", - ifadəsini istifadə edib.
Marja