Çin Baş Gömrük İdarəsinin məlumatlarına görə, Rusiya may və iyun aylarından sonra iyul ayında Çinin ən böyük neft tədarükçüsü olub.
Eləcə də bax: Rusiya Çin və Hindistana enerji satışından 24 milyard dollar əldə edib
FED.az xəbər verir ki, Çin iyul ayında Rusiyadan əvvəlki ilin eyni ayı ilə müqayisədə 7,6% artımla 7,15 milyon ton neft alıb. İyulda Rusiyadan Çinə orta gündəlik neft satışı 1,68 milyon barel olub.
Çinin ikinci ən böyük neft tədarükçüsü 6,54 milyon ton (1,54 milyon barrel/gün) ilə Səudiyyə Ərəbistanı olub.
Rusiya ilin ilk 7 ayında Çinə əvvəlki ilə nisbətən 4,4 faiz artımla 48,45 milyon ton neft satıb. Səudiyyə Ərəbistanının ixracatı isə 1 faiz azalaraq 49,84 milyon tona düşüb. (Marja)