Rusiya Ukraynada genişmiqyaslı müharibənin başlamasından sonrakı üç ay ərzində Çin və Hindistana enerji satışından 24 milyard dollar əldə edib.
Eləcə də bax: Medvedev: "Yaponiya Rusiya nefti və qazından məhrum ediləcək"
FED.az xəbər verir ki, son gömrük məlumatlarına görə, Çin mart, aprel və mayda Rusiya nefti, qazı və kömürünün alışına 18.9 milyard dollar xərcləyib ki, bu da əvvəlki ilə nisbətən iki dəfə çoxdur.
Hindistan eyni dövrdə həmin məqsədlər üçün 5.1 milyard dollar sərf edib ki, bu da bir il əvvəl Rusiyadan aldığı enerjinin dəyərindən 5 dəfə artıqdır.
Qeyd edilir ki, bu, 2021-ci ilin eyni ayları ilə müqayisədə Rusiyanın Asiya nəhənglərinə tədarükdən əldə etdiyi gəlirdən 13 milyard dollar çoxdur. (Oxu.az)