Rusiya Federasiyası Avropaya qazın nəqlini davam etdirməyə hazırdır.
Bu il SOCAR Gürcüstanda qazlaşdırmanı 88 faizə çatdıracaq
FED.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib.
Onun sözlərinə görə, Ukrayna etibarsız tranzit ölkə olaraq qalmaqda davam edir və bununla da ucuz və ekoloji enerji resursuna ehtiyacı olan ölkələri çətin vəziyyətə salır.
“Ona görə də biz qazı nəql etməyə hazırıq, amma burada bizdən çox az şey asılıdır. Yəqin ki, bu, birbaşa istehlakçılar və tranzitin həyata keçirildiyi ölkə arasında müzakirə edilməlidir”, - Aleksandr Novak qeyd edib. (Apa)