Türkmənistan təbii qaz tədarükçüsü olaraq Cənub Qaz Dəhlizi layihəsinə vacib töhfə verə bilər.
Eləcə də bax: Azərbaycan qazı Avropada! – İldə 10 milyard kubmetr! – RƏSMİ AÇIQLAMA
FED.az xəbər verir ki, bunu Rumıniyanın İqtisadiyyat, Energetika və Biznes Mühiti Nazirliyindən bildiriblər.
Məlumatda qeyd olunub ki, Cənub Qaz Dəhlizi Avropa İttifaqının enerji şaxələndirilməsi üçün xüsusi əhəmiyyət kəsb edir:
"Azərbaycan qazı layihə üçün əsas tədarük mənbəyi olsa da, növbəti mərhələlərdə Türkmənistan, Yunanıstanın mayeləşdirilmiş təbii qaz terminalları kimi tədarük mənbələri də nəzərdən keçiriləcək".
Nazirlikdən bildiriblər ki, Trans-Xəzər qaz kəməri layihəsi Avropa Komissiyasının maraq dairəsinə daxil olan layihə kimi strateji status qazanıb:
"Rumıniya əvvəldən Cənub Qaz Dəhlizini dəstəkləyib və gələcək mərhələlərdə bu infrastrukturun bir hissəsi olmaqda və nəql olunacaq qaza çıxış əldə etməkdə maraqlıdır". (Trend)