Azərbaycanın Energetika Nazirliyi Azərbaycanın kommersiya qazının Trans-Adriatik Boru Kəməri vasitəsilə Avropaya tədarükünün başlanması barədə açıqlama yayıb.
Gömrükdə məcburi qaydalar başlayır - KOMİTƏDƏN AÇIQLAMA
FED.az-ın məlumatına görə, nazirlik bildirir ki, “Şahdəniz Mərhələ 2” üzrə hasil edilmiş təbii qazın avropalı istehlakçılara çatdırılması ilə Cənub Qaz Dəhlizinin strateji məqsədinə nail olundu.
Bitkoinin qiyməti yeni rekord vurdu - SON QİYMƏT
«Cənub Qaz Dəhlizinin əsas resurs mənbəyi olan “Şahdəniz” yatağından hasil edilmiş təbii qazın Türkiyə bazarına 2018-ci ilin iyunun 30-dan TANAP ilə nəqlinin ardınca, ilk dəfə Avropa bazarına daxil olması Azərbycanın qaz ölkəsi kimi inkişafında yeni səhifə açır. Enerji təhlükəsizliyi layihələri Azərbaycanın liderliyi ilə qətiyyətlə həyata keçirilir. Ölkəmiz Cənub Qaz Dəhlizinin bütün seqmentləri üzrə əldə edilmiş nailiyyətlərin nümunəsində öhdəliklərinə yüksək səviyyədə sadiqliyini və enerji sahəsində etibarlı tərəfdaş olduğunu bir daha nümayiş etdirdi»-deyə nazirliyin açıqlamasında bildirilir.
Təcili: Azərbaycanın "Şahdəniz" yatağından Avropaya - QAZ NƏQLİ BAŞLADI
Nazirlik bildirir ki, Avropaya təbii qazın nəqli tədarük bazarlarını şaxələndirməklə istehsalçı kimi ölkəmizin, mənbə və marşrutları diversifikasiya etməklə isə istehlakçı ölkələrin enerji təhlükəsizliyini gücləndirəcək. Böyük coğrafiyada inkişafa və sabitliyə töhfə verəcək.
Qeyd edək ki, 25 il ərzində Avropa ölkələrinə tədarük ediləcək illik 10 milyard kubmetrdən çox qaz həcminin 8 milyard kubmetri İtaliyaya, 2 milyard kubmetri bərabər şəkildə Yunanıstan və Bolqarıstana, qalan hissəsi isə ətraf bazarlara ixrac olunacaq.
«Sahibkarların gömrük məsələlərini biz həll edirik» - MÜSAHİBƏ
Avropanın cənubunun yeni mənbədən qazla təchiz edilməsi isehlakçıların daha münasib şərtlərlə enerji ilə təminatına, dekarbonizasiyaya töhfə verməklə bərabər, qitənin Xəzər regionu ilə birləşdirilməsinə də xidmət edir.
«Bu gün Xəzər qazının Avropaya nəqlinə başlanması həm də tərəfdaş ölkələr, şirkətlər, beynəlxalq maliyyə institutları ilə nümunəvi əməkdaşlığın, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya hökumətləri və Avropa İttifaqının Cənub Qaz Dəhlizinə davamlı yüksək dəstəyinin məntiqi nəticəsidir»-deyə açıqlamada deyilir.