Türkiyənin cənub-şərqində İraqla həmsərhəd bölgələrdə yeni neft yatağı kəşf edilib.
FED.az xəbər verir ki, onun ehtiyatı ölkənin ən böyük yatağı sayılan eyni bölgədəki Şirnak vilayətində yerləşən Qabar yatağının ehtiyatlarından beş dəfə çox ola bilər.
Nəşrin məlumatına görə, Şirnak və Hakkari əyalətləri arasında yerləşən Kato dağı ərazisində yatağın ilkin kəşfiyyatına artıq başlanılıb. Qəzetin yazdığına görə, aşkar edilən neftin keyfiyyətinə görə ərəb nefti, yəni dünyada ən bahalı və minimum çirkli neft ilə müqayisə oluna bilər.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın əvvəlində Qabar dağ silsiləsi yaxınlığında neft yatağının kəşf edildiyini açıqlamışdı. Onun potensialı 1 milyard barel, ehtiyatlarının dəyəri isə təxminən 70 milyard dollar qiymətləndirilir.
Türkiyə son illərdə öz ərazisində, eləcə də Qara dəniz və Şərqi Aralıq dənizində qaz və neft yataqlarının kəşfiyyatını gücləndirib. (Marja)