Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana etdiyi səfərdən sonra mətbuat mənsublarına müsahbə verib.
"Türkiyənin bundan başqa çarəsi yoxdur" - Maliyyə nazirindən ilk açıqlama
FED.az xəbər verir ki, Ərdoğan verdiyi açıqlamasında, “Xəzinə və maliyyə nazirimizin hazırkı düşüncəsi baxımından, biz onun Mərkəzi Bankla birlikdə addımlar atmasını qəbul edirik. “Uğurlu olsun” dedik və bununla da inflyasiyanı birrəqəmli rəqəmlərə endirmək əzmində olduğumuzu bəyan etdik”, - deyib.
Qeyd edək ki, Mehmet Şimşek Türkiyənin yeni maliyyə naziri, Hafize Gaye Erkan isə Türkiyə Mərkəzi Bankının yeni sədridir. Bu şəxlərin, Türk Lirəsinin ucuzlaşmasını dayandırmaq və inflyasiyanı aşağı salmaq üçün faizləri kəskin artıracaqları gözlənilir. Görünür, yüksək faizə qarşı olan Ərdoğan onların mövqeyi ilə bir müddət üzrə razılaşıb. (Marja)