Fransanın "TotalEnergies" enerji şirkəti Rusiyada yeni layihələrə investisiya yatırmayacaq.
Eləcə də bax: “Shell” “Şimal axını-2” layihəsində iştirakını - DAYANDIRMAQ İSTƏYİR
FED.az xəbər verir ki, bu barədə şirkətin rəsmi açıqlamasında deyilir.
"Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünü pisləyirik, bunun əhali üçün faciəvi nəticələri var və bu, Avropanı təhdid edir. "TotalEnergies" daha Rusiyada yeni layihələrə sərmayə qoymayacaq", - şirkətin bəyanatında deyilir.
Qeyd edək ki, "Total" 1999-cu ildən Rusiyada hasilatın pay bölgüsü sazişi (PSA) şərtlərinə əsasında ehtiyatları 97 mln. ton olan Xaryaginskoye neft yatağında (Nenets Muxtar Dairəsi, Xaryaqa qəsəbəsi) neft hasil edir. Şirkətin bu layihədə payı 50%, "Norwegian Hydro"nun payı 40%, "Nenets Oil Company"nin isə 10% təşkil edir. (Apa)