Türkiyənin Rəqabət Komissiyası Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki törəmə müəssisəsi olan "SOCAR Türkiye" ilə BOTAŞ şirkəti arasında birgə müəssisə yaradılmasına razılıq verib.
Eləcə də bax: SOCAR Türkiyədə qazma üzrə tenderin - QALİBİ OLUB
FED.az bu barədə Türkiyə KİV-lərinə istinadən xəbər verir.
Bununla əlaqədar digər təfərrüatlar barədə məlumat verilməyib.
Qeyd edək ki, hər iki şirkətin birgə icra etdiyi ən vacib layihələrdən biri İğdır-Naxçıvan qaz xəttidir. Azərbaycan və Türkiyə bu qaz xətti ilə bağlı anlaşma memorandumunu 2020-ci il dekabrın 15-də imzalayıb. (Trend)