Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağında “Alfa” platformasının işi tam bərpa olunub.
"Şahdəniz" yatağındakı əsas qurğu - “Alfa” platforması yenidən işə salınıb
FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında"BP-Azerbaijan" şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı deyib.
O bildirib ki, “Alfa” platformasını Səngəçal terminalı ilə birləşdirən sualtı kondensat ixrac boru kəmərində yaranmış texniki problem tam həll edilib və yanvarın 18-də platformanın işi bərpa olunub.
Tamam Bayatlı onu da qeyd edib ki, hazırda "Şahdəniz" qaz-kondensat yatağında “Alfa” platformasından hasilat və ixrac əməliyyatları dayanmadan əvvəl olan həcmlərdə tam olaraq bərpa olunub.
Xatırladaq ki, “Alfa” platformasını Səngəçal terminalı ilə birləşdirən sualtı kondensat ixrac boru kəmərində texniki məsələlərlə əlaqədar Azərbaycandan Serbiya və Bolqarıstana qaz təchizatında problem yaranmışdı. (Apa)