"Petkim" illik 3.6 milyon ton istehsal gücünə malikdir. Petkimin 15 əsas istehsal müəssisəsində və 6 köməkçi müəssisəsində 60-a yaxın müxtəlif növ məhsul istehsal olunur.
Eləcə də bax: STAR NEZ - in ümumi investisiya məbləğinin 7 milyard dollar olacağı - GÖZLƏNİLİR
FED.az biznes və maliyyə xəbərləri portalı Trend-ə istinadən xəbər verir ki, bunu SOCAR Türkiyə Neft Emalı və Neft Kimya İş Birliyinin və "Petkim"in Baş direktoru Azərbaycan media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında deyib.
A.Məmmədov bildirib ki, bu məhsullar ölkə daxilində demək olar ki, bütün sənaye sahələrində 1500 -dən çox müştəri tərəfindən istifadə olunur: "Eyni zamanda, "Petkim" xaricdə 350 -dən çox müştəri portfelinə malikdir. 78 ölkəyə ixracat həyata keçirilib. Türkiyənin neft-kimya məhsulları üzrə ehtiyacın təxminən 16 faizini qarşılayır".
A.Məmmədov vurğulayıb ki, "Petkim" 2021-ci ilin üçüncü rübündə neft-kimya məhsulları xərclərinin artmasına və mənfəət marjasındakı azalmaya baxmayaraq, 9 aylıq toplam satışlarını 19,165 milyon TL-yə yüksəltdi: "Neft-kimya məhsullarına tələbatın artması ilə birlikdə tədarük məhdudiyyətlərinin yaşandığı bu sürəcdə "Petkim" Star Neft Emalı Zavodunun inteqrasiyası ilə istehsalına fasiləsiz davam etmək üstünlüklərindən də istifadə etdi. Məhsul müxtəlifliyinin və fasiləsiz istehsalın toplam satışlarda əks olunduğu bu dövrdə tutumlardan istifadə əmsalı əvvəlki ilə müqayisədə 89,5 faizdən 92,2 faizə yüksəlib".