"Petkim", "Star" neftayırma zavodunun 18%-ini SOCAR-dan almağı planlaşdırır.
Eləcə də bax: STAR NEZ - in ümumi investisiya məbləğinin 7 milyard dollar olacağı - GÖZLƏNİLİR
FED.az xəbər verir ki, "Petkim"in Baş direktoru Anar Məmmədov, satınalma əməliyyatını 2022-ci ilin ilk yarısında yekunlaşdırmağı planlaşdırdıqlarını bildirib.
Həmçinin "Petkim" 2022-ci ildə ehtimalla 500 milyon dollardan aşağı olacaq məbləğdə avrobond satmağı planlaşdırır.
"Star" neftayırma zavodu istehal gücünü ildə 10 milyon tondan 11 milyon tona yüksəldib və gücün 11,5 milyon tona çatdırılması nəzərdə tutulur.