OPEC+ Monitorinq Komitəsi hasilatı sutkada 2 milyon barel azaltmağa razılaşıb.
Eləcə də bax: Azərbaycan neftinin qiyməti büdcədəki qiymətdən - 22 DOLLAR BAHADIR
FED.az əbər verir ki, bu barədə çərşənbə günü "Reuters" agentliyi məlumat yayıb.
Xəbərdən sonra, Londonun ICE birjasında Brent markalı neftin qiyməti sentyabrın 21-dən bəri ilk dəfə bir barel üçün 93 dolları ötüb.
Eyni zamanda, agentlik hasilatın azaldılmasının hansı müddətə planlaşdırıldığını dəqiqləşdirə bilməyib.
Bloomberg OPEC+ nümayəndə heyətindəki mənbələrə istinadən xəbər vermişdi ki, OPEC+ alyansı neft hasilatını gündəlik ya 2 milyon barel, ya da 1 milyondan 1,5 milyon barelə qədər azaltmağı nəzərdən keçirir. "Reuters" də hasilatın gündəlik 1 milyon bareldən çox azaldılacağını bildirmişdi. Bütün OPEC+ ölkələri belə bir qərarla razılaşarsa, bu, alyansın, pandemiya səbəbindən neftə tələbatın azalması və qiymətlərin düşməsi fonunda hasilatı gündəlik 9,7 milyon barel azaltmağa razılaşdığı 2020-ci ilin yazından bəri hasilatın ən əhəmiyyətli ixtisarı olacaq.
İstehsal parametrləri ənənəvi olaraq iki mərhələdə müzakirə olunur. Əvvəlcə sazişdə iştirak edən səkkiz ölkənin nümayəndələrini bir yerə yığan OPEC+ monitorinq komitəsinin iclası olur. Komitənin işini hasilat baxımından müqavilənin ən böyük tərəfləri olan Rusiya və Səudiyyə Ərəbistanı idarə edir. Monitorinq komitəsinin iclasından sonra hasilatın səviyyəsi ilə bağlı yekun qərar nazirlərin iclasında bütün 23 OPEC+ ölkəsi tərəfindən təsdiqlənməlidir. (Marja)