Təbii qaz qiymətləri 2019-cu ilin səviyyəsinə artıq qayıtmayacaq.
Eləcə də bax: Azərbaycan qazı Bolqarıstana Rusiya qazından dörd dəfə - Ucuz Başa Gəlir
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bunu Veronada keçirilən XIV Avrasiya İqtisadi Forumunun Təbii Qaz və Yaşıl İqtisadiyyat sessiyasında çıxış edən Rusiyanın "Novatek" qaz şirkətinin İdarə Heyətinin sədri Leonid Mixelson deyib.
"Yəqin ki, qış çətin keçəcək. İkinci rübdən etibarən qazın qiyməti azala bilər. Lakin 2019-cu ildə olan qiymətlərə qayıtmayacağıq".