Bolqarıstana tədarük edilən Azərbaycan təbii qazının qiyməti Rusiya "mavi yanacağı"nın maya dəyərindən dörd dəfə aşağıdır.
Eləcə də bax: Azərbaycan qazı Bolqarıstanın illik tələbatının - 40 Faizini Təmin Edəcək
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bunu Bolqarıstanın Enerji və Su Tənzimləmə Komissiyasının sədri İvan İvanov deyib.
Onun sözlərinə görə, hazırda Bolqarıstan Azərbaycandan ildə razılaşdırılmış 1 mlrd. kubmetr qazdan cəmi 350 mln. kubmetrini idxal edir.
"Bulgargaz"ın rəhbəri Nikolay Pavlov isə qeyd edib ki, Azərbaycan və digər tədarükçülərin qazının qiymət üstünlükləri istehlakçıların xeyirinədir.
Xatırladaq ki, Yunanıstan-Bolqarıstan birləşdirici qaz kəmərinin (IGB – gələn ilin yay aylarında istifadəyə veriləcək) istifadəyə verilməsinin təxirə salınması səbəbindən Azərbaycan qazı Bolqarıstana müvəqqəti olaraq Yunanıstanın sərhəd nöqtəsində (Kula-Sidirokastro) mövcud birləşdirici xətlə nəql edilir.
Komotini (Yunanıstan) və Stara Zaqora (Bolqarıstan) arasında tikilən 182 km-lik IGB boru kəmərinin illik ötürmə gücü 3 mlrd. kubmetr olacaq, gələcəkdə bu göstərici 5 mlrd. kubmetrə çatdırıla bilər.
Qeyd edək ki, Bolqarıstanın "Bulgargaz" şirkəti "Şahdəniz-2" layihəsi çərçivəsində "Şahdəniz" konsorsiumu ilə ildə 1 mlrd. kubmetr qazın nəqli ilə bağlı müqavilə imzalayıb. Azərbaycan 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri vasitəsi ilə Avropaya qaz ixracına başlayıb. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır.