Geosiyasi vəziyyətə və sanksiyalara görə "Şimal Axını 2" qaz kəmərinin tikintisini aparan "Nord Stream 2 AG" şirkəti işçiləri ilə müqavilələri ləğv etmək məcburiyyətində qalıb.
Eləcə də bax: “Shell” “Şimal axını-2” layihəsində iştirakını - DAYANDIRMAQ İSTƏYİR
FED.az xəbər verir ki, bu barədə TASS bildirir.
Qeyd edək ki, "Nord Stream 2 AG" şirkəti sanksiyalara görə müflis olmaq variantını nəzərdən keçirir.
Məlumata görə, şirkət hazırda bir sıra öhdəlikləri həll etmək üçün maliyyə məsləhətçisi ilə işləyir və bu həftənin əvvəlində İsveçrə məhkəməsində rəsmi olaraq müflisləşmə proseduruna başlaya bilər.
Xatırladaq ki, "Şimal axını 2" qaz kəməri Rusiya sahillərindən Baltik dənizi üzərindən Almaniyaya qədər uzanır və ildə ümumi gücü 55 mlrd. kubmetr qaz olan iki xətdən ibarətdir. (Apa)