"Karbohidrogenlərə (neft, qaz və s. - red) tavan qiymətlərin müəyyən edilməsi bazarı məhv edəcək və investorları qorxutacaq".
Eləcə də bax: Neftin Azərbaycan üçün ən aşağı - ZİYANSIZ QİYMƏTİ AÇIQLANDI - MƏBLƏĞ
FED.az xəbər verir ki, bunu Qətərin energetika naziri və "QatarEnergy" neft-qaz şirkətinin baş direktoru Saad əl-Kaabi Bloomberg kanalına müsahibəsində bildirib.
"Karbohidrogenlərə maksimum qiymət təyin edilməsi bazarı məhv edəcək və qiymətləri məhdudlaşdırmaqla siz neft və qaz bazarındakı investorları qorxutacaqsınız. Əgər mən investor kimi hansısa layihəyə, tutaq ki, 40-50 dollar müəyyən edilmiş qiymətə görə, on milyard dollar sərmayə qoyuramsa, qazancımın 9-10% olmasını gözləyirəmsə, növbəti hökumət onu aşağı salmaq qərarına gəlsə, mən nə edəcəm?”, - deyə dövlət naziri müsahibəsində bildirib.
Əl-Kaabi hesab edir ki, sərbəst bazar həmişə ən yaxşı həll yoludur: "Əgər siz bazara nəzarət etmək fikrindəsinizsə, qərb ölkələri, satıcılar və alıcılar üçün özlərinin yaratmağa çalışdıqları bütün antiinhisar qanunlarına qarşı çıxmış olurlar. Özləri bunun əksini edirlər. Bu çox ikiüzlü bir həlldir”.
Qərb ölkələri Rusiya neftinin qiymətinin tavanı ideyasını müzakirə etməyə başlayıblar, bunun təşəbbüskarlarından biri ABŞ-dır. ABŞ Xəzinədarlığı bir barel üçün 40-60 dollar diapazonunda qiymət tavanının tətbiqini təklif edib. Bloomberg agentliyinin mənbələrə istinadən verdiyi məlumata görə, prezident Co Baydenin administrasiyası qiymət tavanının şərtlərinə onun artırılması istiqamətində yenidən baxır. (Marja)