Dünyanın ən böyük neft və qaz şirkətlərinin rekord mənfəətləri bəzi ölkələrdə onların əlavə vergiyə cəlb edilməsi ilə bağlı müzakirələrə səbəb olub.
Ceyhan limanında gəmilərə neft yüklənməsi – BƏRPA EDİLDİ
FED.az xəbər verir ki, ekspertlər bildirirlər ki, neft və qaz nəhənglərinin mənfəətinə vergilərin artırılması gələcəkdə neft qıtlığına səbəb ola bilər.
Qeyd olunur ki, sənayenin investisiyalara ehtiyacı var, mənfəət, gələcəkdə neft qıtlığının olmaması üçün sərmayə qoyuluşuna yönəldilməlidir.
Qərbin aparıcı neft-qaz şirkətləri ötən il rekord mənfəət əldə etdiklərini açıqlayıblar. Hesablamalara görə, ExxonMobil, Chevron, Shell, “TotalEnergies” və s. şirkətlərin ümumi mənfəəti rekord həddə - 195 milyard dollar təşkil edib.
"Bu, ilk növbədə, bir sıra ölkələrdə izafi mənfəətin bir hissəsinin əlavə vergi şəklində geri götürülməsi ilə bağlı müzakirələrə səbəb olub. Sənaye cavab verir ki, investisiyalara ehtiyacı var, çünki aşağı qiymətlər dövründə xeyli zərərlər baş verib, investisiyalar təxirə salınıb. Yaxın keçmişdə kəşfiyyat və hasilat işlərinə az sərmayə qoyulub ki, bu da ortamüddətli perspektivdə gələcəkdə tədarük çatışmazlığına səbəb ola bilər”. (Marja)