Türkiyənin Ceyhan terminalından gəmilərə neftin yüklənməsinin bərpa olunub.
BP: "Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ixrac əməliyyatları davam edir"
FED.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Xatırladaq ki, Türkiyədə Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra təhlükəsizlik məqsədilə Ceyhana neft axını dayandırılmışdı.
Bloomberg-ə danışan mövzuya yaxın bir səlahiyyətlinin verdiyi məlumata görə, BOTAŞ çərşənbə axşamı axşam saatlarından etibarən Ceyhan Terminalına neft axınını bərpa edib.
Rəsmi bildirib ki, gecə yarısından etibarən gəmilərə neft yüklənməsi başlayıb.