"Lukoil-Nijnevoljskneft" MMC Xəzər dənizinin Rusiya sektorunda iri qaz yatağı kəşf edib.
Eləcə də bax: "Lukoil" “Petronas”ın “Şahdəniz” layihəsindəki payının - 9,99%-Nİ ALACAQ
FED.az bu barədə "Rosnedra" yeraltı sərvətlərdən istifadə üzrə Federal Agentliyə istinadən xəbər verir.
Qeyd olunur ki, "Xəzri" adlana yataq Xəzər dənizinin orta hissəsinin Rusiya sektorunda, Mahaçqala şəhərindən 70 km aralıda yerləşir.
"Xəzri" iri yataqlar qrupuna aiddir, ümumilikdə sərbəst qazın ilkin çıxarıla bilən ehtiyatları 48 mlrd. kubmetr, kondensatın isə 8,2 mln. ton təşkil edir. (Apa)