SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Rusiyanın "Lukoil" şirkətinin prezidenti Vahid Ələkbərov arasında görüş keçirilib.
Eləcə də bax: SOCAR-ın gəlirləri azalıb, qənaətə başlayıb – ŞİRKƏTDƏ İCLAS
FED.az xəbər verir ki, görüşdə SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov və Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev iştirak ediblər. Görüşdə “Lukoil” şirkəti ilə SOCAR arasında uzunmüddətli əməkdaşlıq əlaqələrindən söhbət açılıb, Azərbaycanda həyata keçirilən layihələrdə “Lukoil”in iştirakı yüksək qiymətləndirilib və “Naxçıvan”, “Qoşadaş” strukturlarında əməkdaşlığın davam etdirilməsi haqqında müzakirələr aparılıb.
V. Ələkbərov “Lukoil” şirkətinin mövcud əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirərək, Azərbaycanda neft-qaz kəşfiyyatı və hasilatı sahəsində keçirilən digər layihələrdə də şirkətin mümkün iştirakı ətrafında müzakirələr aparılıb. (Apa)