Yeni iqlim reallıqları şəraitində "OPEC+" (Neft İxrac Edən Ölkələr Təşkilatı və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması müddətsiz uzadıla bilər.
Eləcə də bax: Qlobal neft tələbi 6 milyon barrel artacaq - PROQNOZ
FED.az xəbər verir ki, bu barədə Rusiyanın "Lukoil" neft şirkətinin vitse-prezidenti və ortaq sahibi Leonid Fedun deyib.
O bildirib ki, "OPEC+" razılaşması uzun bir tarixi perspektiv üçündür, yeni iqlim reallıqları şəraitində bəlkə də həmişəlik olacaq.
Xatırladaq ki, Azərbaycan da "OPEC+" razılaşmasının iştirakçısıdır. (Apa)