Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2021-ci il üçün gündəlik qlobal neft tələbatı üzrə proqnozunu artırıb.
Eləcə də bax: BVF Azərbaycanın neft ixracı üzrə proqnozunu - Açıqlayıb
FED.az xəbər verir ki, OPEC-in aylıq hesabatına görə, 2021-ci ildə qlobal gündəlik neft tələbatının artım tempi 5,95 mln. barel təşkil edəcək (öncəki proqnoz – 5,89 mln. barel). Beləliklə, bu il sözügedən göstərici 96,46 mln. barel səviyyəsində olacaq ki, bu da öncəki proqnozdan 0,19 mln. barel çoxdur.
Hesabata qeyd olunur ki, ötən il qlobal gündəlik neft tələbatı 90,51 mln. barel olub, bu da illik müqayisədə 9,48% azdır. (Apa)