«LUKOIL-Azerbaijan» QSC Bakı şəhərinin tam mərkəzində, baş ofisi olan binada istifadəyə hazır ofislər icarəyə verir.
Eləcə də bax: “LUKOIL-Azerbaijan” Nizami rayonunda YDM-nin təmiri üçün - Podratçı Seçir
FED.az xəbər verir ki, bu barədə şirkətin elanında deyilir.
Bina Z.Tağıyev küçəsi 13 ünvanında yerləşir. Binada mühafizə və bütün kommunal xidmətlər təmin olunur.
Ofis otaqlarının sahəsi 20-150 kv.m. təşkil edir. İcarə haqqı razılaşma yolu ilə müəyyənləşdirilir.
Əlaqə telefonları: 012 4974197; 050 2107792
“LUKOIL” Qrupu Azərbaycanın neft-qaz sektorunda 1994-cü ildən fəaliyyət göstərir və ölkə ərazisində iki törəmə müəssisə ilə təmsil olunur.
Şirkət “Şahdəniz” və “Cənubi Qafqaz Boru Kəməri” layihələrində 10%-lik paya malikdir. Bundan başqa, şirkət neft məhsullarının pərakəndə satışı bazarında “LUKOIL” brendi altında 60-dan çox YDM ilə təmsil olunur.*