"LUKOIL-Azerbaijan" QSC Bakının Nizami rayonunda 9 saylı yanacaq-doldurma məntəqəsində təmir-tikinti və reklam-quraşdırma işlərinin həyata keçirilməsi ilə bağlı tender elan edib.
FED.az xəbər verir ki, bu barədə şirkətin elanında deyilir.
Tender 2 mərhələdə keçiriləcək.
Tenderdə iştirak etmək üçün ərizələrin verilmə və tender sənədlərinin alınma tarixi 28 dekabr 2020-ci il saat 18.00-a qədərdir. Tender təklifləri 11 yanvar 2021-ci il saat 18:00-dək qəbul olunur. Tender proseduru 14 yanvar saat 11:00-da baş tutacaq.
Telefon: (012) 497-41-41, (050) 306-78-11, əlaqələndirici şəxs – L.Mikayılova.
“LUKOIL” Qrupu Azərbaycanın neft-qaz sektorunda 1994-cü ildən fəaliyyət göstərir və ölkə ərazisində iki törəmə müəssisə ilə təmsil olunur.
Şirkət “Şah-Dəniz” və “Cənubi Qafqaz Boru Kəməri” layihələrində 10%-lik paya malikdir. Bundan başqa, şirkət neft məhsullarının pərakəndə satışı bazarında “LUKOIL” brendi altında 60-dan çox YDM ilə təmsil olunur.*