Ötən ilin əvvəlində təbii neft hasilatının səviyyəsini nəzərə alaraq, Azərbaycanın neft ehtiyatları ölkəyə hələ 25 ilə yaxın bəs edəcək.
Eləcə də bax: "Fitch": Azərbaycanın təbii qaz ehtiyatları - 120 İlə Bəs Edəcək
FED.az xəbər verir ki, bu, "Fitch Ratings" və BP-nin birgə apardığı hesablamalar nəticəsində məlum olub.
Beynəlxalq agentlik bildirir ki, bu göstəriciyə görə, Azərbaycan dünyada 11-ci yerdə qərarlaşıb. Sözügedən göstərici üzrə ilk üçlüyə Küveyt, İraq və Kanada daxildir.
"Fitch"ə görə, 2019-cu ildə ölkənin neft-qaz ehtiyatlarının həcmi qlobal ehtiyatların 0,8%-ni təşkil edib.
Xatırladaq ki, 2019-cu ildə Azərbaycanda 37,5 mln. ton, 2020-ci ildə isə 34,6 mln. ton neft istehsal edilib. (Apa)