2020-ci ilin əvvəlində təbii qaz hasilatının səviyyəsini nəzərə alaraq, Azərbaycanın təbii qaz ehtiyatları ölkəyə hələ 120 ilə yaxın bəs edəcək.
Eləcə də bax: Azərbaycanda qaz hasilatı 8%-ə yaxın artıb
FED.az xəbər verir ki, bu, "Fitch Ratings" və BP-nin birgə apardığı hesablamaların nəticəsində məlum olub.
Beynəlxalq agentlik bildirir ki, bu göstəriciyə görə, Azərbaycan dünya lider ölkələrdən biridir və yalnız Qətərdən geri qalır. "Fitch"ə görə, 2019-cu ildə ölkənin neft-qaz ehtiyatlarının həcmi qlobal ehtiyatların 0,8%-ni təşkil edib. Hasilatı nəzərə alaraq, Qazaxıstan da qaz ehtiyatlarına görə Azərbaycanla təxminən eyni səviyyədədir.
Xatırladaq ki, 2019-cu ildə Azərbaycanda 37,14 mlrd. kubmetr, 2020-ci ildə isə 35,6 mlrd. kubmetr qaz istehsal edilib. (Apa)