Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozlarına görə, bu il Azərbaycanın gündəlik təbii qaz hasilatının həcmi neft bareli ekvivalentində 670 min barel və ya 110,04 mln. kubmetr təşkil edəcək. Bu, 2020-ci illə müqayisədə 8,1% çoxdur.
Eləcə də bax: ""Şəfəq-Asiman" qazı Türkiyə və ya Avropaya - İxrac Oluna Bilər"
FED.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun Orta Şərq və Mərkəzi Asiya regionu üzrə dərc etdiyi "Regional Economic Outlook" hesabatının aprel buraxılışında deyilir.
2022-ci il üçün isə Fondun ölkə üzrə gündəlik qaz hasilatı proqnozu 710 min barel və ya 116,61 mln. kubmetrə bərabərdir.
Qeyd edək ki, 2020-ci ildə Azərbaycan ümumilikdə 37,14 mlrd. kubmetr və ya gündəlik olaraq 620 min barel və ya 101,83 mln. kubmetr təbii qaz hasil edib. (Apa)