Norveçin "Equinor" şirkəti Rusiya neft və neft məhsulları ilə ticarəti dayandırır.
Eləcə də bax: “Shell” “Şimal axını-2” layihəsində iştirakını - DAYANDIRMAQ İSTƏYİR
FED.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında deyilir.
"Şirkətin Rusiyadakı layihələrindən geri çəkilmə prosesinə başladığının elanından sonra Rusiya nefti ilə ticarətin dayandırması da qərara alınıb. Bu o deməkdir ki, "Equinor" yeni əməliyyatlarda iştirak etməyəcək və Rusiyadan neft və neft məhsulları daşımayacaq", - açıqlamada deyilir.
"Equinor" Rusiya ilə əməkdaşlığın bütün aspektlərini, o cümlədən hüquqi öhdəlikləri nəzərdən keçirəcəyini bildirir. Hazırda şirkətin əvvəllər bağlanmış müqavilələr üzrə müəyyən öhdəlikləri mövcuddur.
Qeyd edək ki, bundan əvvəl, fevralın 28-də şirkət Rusiyaya sərmayələri dayandıracağını və Rusiyanın birgə müəssisələrindən çəkilmə prosesinə başlayacağını açıqlamışdı. "Equinor" Rusiyada 30 ildən çoxdur fəaliyyət göstərir.
Xatırladaq ki, "Equinor" neft-qaz qrupu 1972-ci ildə yaradılıb, şirkət 2018-ci ilin may ayına qədər "Statoil" adlanırdı. Hazırda "Equinor" 30-dan çox ölkədə (o cümlədən Azərbaycanda) fəaliyyət göstərir. Şirkətin ən böyük səhmdarı Norveçdir. (Apa)