"Çox güman ki, dünya iqtisadiyyatında tənəzzül, yəni, resessiya qaçılmazdır və buna hazır olmaq lazımdır. Resessiya, əlbəttə, əgər baş verərsə, ilk növbədə, neftin qiymətinə mənfi təsir göstərəcək".
Eləcə də bax: «Büdcəni təkcə neftin hesabına böyütməmişik...»
FED.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışında deyib.
Prezident, "Ona görə gələn ilin büdcəsində neftin qiyməti düzgün seçilməlidir" deyərək əlavə edib: "Biz bu barədə hələ danışacağıq, vaxta var. Amma biz dünyada gedən prosesləri, əlbəttə ki, izləməliyik. Çünki Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır".