Qlobal investisiya bank "JPMorgan" proqnozlaşdırır ki, ABŞ və müttəfiqlərinin Rusiya neftinin qiymətini məhdudlaşdırmaq cəhdləri nəticə versə və Rusiyanın neft ixracı 5 milyon barel azalarsa, neft qiymətləri 380 dollar/barelə qədər yüksələ bilər.
Eləcə də bax: Analitiklər: Dünya bazarlarında neft qiymətləri 380 dollara - ÇATA BİLƏR
FED.az xəbər verir ki, cümə günü açıqlanan bankın hesabatda, "G7-nin Rusiyanın neft gəlirlərini azaltmaq hədəfi çərçivəsində, neft qiymətlərinə 50-60 dollar/barel limitinin tətbiqi Rusiyanın neft axınına davam edəcəyi təqdirdə işə yaraya bilər. Rusiya özünün iqtisadi maraqlarına zərər vurmamaq üçün neft hasilatını təxminən 5 milyon barel/gün azalda bilər. Bu baş verərsə, neftin qiymətləri "kosmosa" qalxacaq".
JPMorgan-a görə, neft tədarükü sutkada 3 milyon barel azalarsa Brent markalı neftin qiyməti 190 dollar/barel, neft tədarükü sutkada 5 milyon barel azalarsa 380 dollar/barel ola bilər. (Marja)