Rusiya Qərbin sanksiyalarına cavab olaraq neft hasilatını kəskin azaldacağı təqdirdə dünya bazarlarında neft qiymətləri bir barel üçün 380 dollara çata bilər.
FED.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi yazır.
ABŞ-ın "JP Morgan Chase" bankının analitikləri hesab edir ki, Rusiya bu addımı ABŞ və Aİ tərəfindən Rusiya neftinə qiymət məhdudiyyətinin tətbiq olunması təqdirində gedə bilər.
Analatikilərin proqnozlarına əsasən, Rusiya neft hasilatını 3 milyon barel/sutka azaldarsa, neftin qiymətləri 190 dollara çata bilər.
Bank analitiklərinin fikrincə ən pis ssenaridə Rusiya neft hasilatını 5 milyon barel/sutka azalda bilər ki, bu da qiymətlərin bir barel üçün 380 dollara çatmasına yol açacaq. (Trend)