Bu gün Azərbaycan 16 ölkəyə təbii qaz ixrac edir.
Azərbaycanda $200 milyonluq layihə: Cəbrayılda günəşdən alınan enerji Səngaçala ötürüləcək – QAZA QƏNAƏT BAŞLAYIR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə mətbuata bəyanatında bildirib.
Prezident qeyd edib ki, buna görə də bir çox ölkənin enerji təhlükəsizliyində Azərbaycanın rolu mühüm əhəmiyyət daşıyır: “Bizim üçün Avropa bazarı ümumi qaz ixracımızın yarısını təşkil edir və bunun daha da artmaq potensialı var. Enerji əməkdaşlığımızın digər mühüm istiqamətlərindən biri də böyük potensiala malik olan sahədir. Biz külək, günəş və hidroenerji layihələrinə böyük sərmayələr yatırırıq. Yaxın 5–6 il ərzində bu sahədə əhəmiyyətli nəticələr əldə etməyi planlaşdırırıq. Hazırda tərəfdaş komandalarla ötürücü xətlər, sualtı kabellər və enerji infrastrukturunun digər seqmentləri üzərində işləyirik”, - dövlət başçısı vurğulayıb.











