Azərbaycanda günəş enerjisindən istifadə və bunun vasitəsilə qaza qənaətlə bağlı yeni maraqlı layihəyə başlanılıb.
FED.az xəbər verir ki, söhbət Cəbrayıl rayonu ərazisində reallaşan «Şəfəq» layihəsindən gedir. Şəfəq (Cəbrayıl) adlanan bu layihənin tərəfdaşları, yəni investorları bp və «SOCAR Green» şirkətləri, eləcə də Azərbaycan Biznesinin İnkişafı Fondudur (ABİF).
Bu layihə 2025-ci ilin iyun ayında imalanıb və layihəyə 200 milyon dollar yatırılacaq.
Layihənin mahiyyəti belədir ki, bu 3 təşkilatın yatırımı ilə Cəbrayılda 240 MVt AC gücündə günəş enerjisi stansiyası tikilir. Buradan alınan enerji «Azərenerji» vasitəsilə ölkənin enerji sisteminə ötürüləcək. Öz növbəsində «Azərenerji» Cəbrayılda aldığı qədər enerjini Bakı yaxınlığında – Səngəçal terminalına verəcək.
Qeyd edək ki, Səngəçal terminalı ölkənin əsas neft qaz terminalı olmaqla burada böyük enerji sərfiyyatı tələb olunan əməliyyatlar həyata keçirilir. İndiyədək bu əməliyyatlar üçün tələb olunan enerji Səngəçalda quraşdırılan qaz turbinləri vasitəsilə alınırdı, yəni qazla işləyən kiçik istilik enerjisi stansiyası qurulmuşdu.
İndi isə Cəbrayıldakı günəş enerjisi stansiyası işə düşəndən və buradan alınan enerji «Azərenerji»yə ötürülənlən sonra bu stansiyaya ehtiyac qalmayacaq, çünki bu terminala lazım olan enerjini «Azərenerji» verəcək.
Nəticədə buradakı qaz turbinləri hisə hissə söküləcək və indiyədək burada eqnerji almaq üçün yandırılan qaz xaricə ixrac ediləcək.
Bu gün, oktyabrın 13-də isə layihənin investorları olan bp və «SOCAR Green» şirkətləri, eləcə də Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) layihənin gedişi ilə bağlı son vəziyyəti açıqlayıblar.
Məlum olub ki, indiyədək bu layihə üzrə 2 iri müqavilə bağlanılıb. Bunlardan ən byüyü – 117 milyon dollarlıq mühəndislik, Təchizat və Tikinti (EPC) müqaviləsi «Intec» və «Complant» şirkətlərinə verilib. Bu şirkətlər mühəndislik, təchizat və tikinti xidmətləri üzrə bütün iş həcmini həyata keçirəcəklər, eləcə də obyektin ilk iki il ərzində istismar və texniki xidmət işlərini aparacaqlar.
Dəyəri 29 milyon dollarlıq müqavilə isə günəş panellərinin alınması üçündür. Bu müqavilə isə «Trina Solar» (Schweiz) AG şirkətinə verilib. Müqavilə çərçivəsində işlər artıq başlayıb və ilk günəş panelləri avqust ayında Cəbrayıla çatdırılıb.
Ümumilikdə isə hazırda layihə üzrə hazırlıq işləri bitib, ərazidə torpaq işləri və daxili yollar çəkilir. Layihə üzrə tikinti işləri 2027-ci ilin ortalarına qədər davam edəcək, tikintinin ən qızğın vaxtında burada 400 nəfər çalışacaq.
Qeyd edək ki, layihə üçün tələb olunan 200 milyon dolların 100 milyon dollarını bp şirkəti, 80 milyon dollarını «SOCAR Green» şirkəti, 20 milyon dollarını isə Biznesin İnkişafı Fondu yatıracaq.
Layihədən kim nə qazanacaq?
«Şəfəq» (Cəbrayıl) layihəsi ilə Azərbaycanın işğaldan azad oluknan ərazisində böyük günəş enerji stansiyası tikiləcək və ondan enerji alınacaq. BP və SOCAR şirkətləri Səngəçal terminalının enerjiyə olan tələbatını birdəfəlik – yəni Cəbrayılda alınan pulsuz enerji hesabına həll edəcəklər. Azərbaycan tərəfinin faydası odur ki, buradan azad olanan qaz ixraca gedəcək və ölkəyə gəlir gətirəcək, eyni zamanda qazın yanması dayandırılacağı üçün ekoloji fayda əldə ediləcək.