Gələn il dövlət büdcəsindən "Azəristiliktəchizat" ASC-yə 41,1 milyon manat subsidiya ayrılacaq.
Eləcə də bax: Azərbaycanda qaz istehlakı - KƏSKİN ARTIB
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.
Sənədə əsasən, bu, 2021-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 58,1% çoxdur.
Subsidiya satış tarifinin məhsulun maya dəyərindən aşağı olması nəticəsində göstərilən xidmətlərə görə yaranmış zərərin örtülməsi üçün nəzərdə tutulub.