Bu ilin noyabr ayının ilk dörd günü ərzində "Azəriqaz" İstehsalat Birliyi ötən ilin müvafiq dövrü ilə müqayisədə 40 mln. kubmetr artıq qaz qəbul edib.
Eləcə də bax: Bu gündən işıq və qazın qiyməti yeni tariflə - HESABLANACAQ
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə "Azəriqaz"ın baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində bildirib.
Onun sözlərinə görə, bu artım havanın ötən ilin müvafiq dövrü ilə müqayisədə daha erkən soyuması ilə əlaqədar istehlakın artımı ilə bağlıdır.
R. Əliyev qeyd edib ki, noyabrın 4-nə İstehsalat Birliyi 24 mln. kubmetr qaz qəbul edib ki, bu da illik müqayisədə 8 mln. kubmetr artım deməkdir.
Baş direktor onu da əlavə edib ki, qış mövsümündə gündəlik qaz istehlakı pik dövrlərdə 50 mlrd. kubmetr və daha yüksək ola bilər və İB üzrə şəbəkənin imkanları abonentlərin (2,4 mln. abonent) qaz istehlakını tam təmin etməyə imkan verir.