Yerli istehsallı qaz sayğaclarının kütləvi tətbiqinə başlanılır.
Azərbaycanda bu il əhalinin 82 %-i - LİMİTİ KEÇMƏYİB
FED.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin şöbə müdiri Rövşən Məhyəddinov məlumat verib.
O bildirib ki, artıq Gəncə Cihazqayırma Zavodundan 2 minə yaxın qaz sayğacı alınıb.
"Həmin qaz sayğacları həm sınaq qurğularında, eyni zamanda "Azəriqaz" İB-nin təbii qaz şəbəkəsində yoxlanılıb. Yoxlama zamanı hər hansı qüsur aşkarlanmayıb. Növbəti aydan məişət tipli qaz sayğaclarına olan tələbat yerli istehsal hesabına təmin olunacaq. İlkin mərhələdə qüsurla işləyən qaz sayğaclarının yenilənməsi zamanı, eyni zamanda yeni qazlaşdırılan fərdi evlər və mənzillərdə yerli istehsal olan sayğaclar quraşdırılacaq".
Qeyd olunub ki, iyundan etibarən Gəncə Cihazqayırma Zavodunda ümumilikdə 405 min ədəd sayğacın kütləvi istehsalına başlanılacaq və il ərzində "Azəriqaz" İB-yə təhvil veriləcək. (Apa)