Ötən il SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin əhali qrupu üzrə abonentlərin 82,2%-i ( 2 062 464 abonent) aşağı qaz istifadəsi limitini (1 200 kubmetrədək) keçməyib.
Baş nazirdən qaz limiti təklifinə - CAVAB
FED.az xəbər verir ki, bunu SOCAR “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyası çərçivəsində media və QHT nümayəndələri ilə keçirilən görüşdə deyib.
Onun sözlərinə görə, hesabat dövründə abonentlərin 16%-i (397 870 abonent) orta qaz istifadəsi tarifindən (1 200-2 500 kubmetr çərçivəsində) yararlanıb.
“Hesabat dövründə 28 856 abonent, ümumilikdə isə abonentlərin cəmi 1,2%-i qəpiklik tarifdən istifadə edib”, - Eldəniz Vəliyev qeyd edib.
Xatırladaq ki, 2021-ci ilin oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib. Qərara əsasən, əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Əhali üçün 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişməyib və əvvəlki həddə saxlanılıb. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılıb. (Apa)