İşğaldan azad olunmuş ərazilərin qazlaşması planına dəyişikliklər olunacaq.
Eləcə də bax: "Azəriqaz" azad olunmuş ərazilərdə görüləcək işlərdən - DANIŞIB
FED.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.
Onun sözlərinə görə, əvvəl bu planda rayonlar üzrə adlar salınmışdı (yaşayış məntəqələri – red.), ancaq indi prosesin bölgələr üzrə aparılması ilə bağlı dəyişikliklər aparılır.
“Bugünkü günə mən konkret deyə bilmərəm ki, Qarabağ bölgəsində ilk qaz hansı kəndə, hansı şəhərə veriləcək. Amma planda Ağdam və Füzuli nəzərdə tutulmuşdu, çox güman ki o planda dəyişiklik olacaq”, - Ruslan Əliyev qeyd edib.
Onun sözlərinə görə, planla qazlaşma işləri 2022-də başlamalı idi, lakin hələ ki “Azəriqaz” tərəfindən işğaldan azad olunmuş ərazilərdə fiziki işlər başlanılmayıb, ancaq layihələndirmə işləri aparılıb.
“İlkin növbədə ora yüksək təzyiqli magistral kəmər çəkilməlidir, ondan sonra biz pərakəndə satışı həyata keçirmək üçün digər kəmərlərin çəkilişini həyata keçirə biləcik ”, - Ruslan Əliyev vurğulayıb. (Apa)