"Bu günə qədər "Azəriqaz"ın Azərbaycanın işğaldan azad olunmuş ərazilərində gördüyü işlər ancaq layihələndirmədir".
"Azəriqaz": Rusiya-Ukrayna münaqişəsi Azərbaycana boru tədarükündə çətinlik - YARADIB
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün keçirilən “Açıq qapı” aksiyasında deyib.
Baş direktor fiziki işlərin hələlik başlanılmadığın qeyd edib: "İlkin olaraq bu ərazilərdə yüksək təzyiqli daşıyıcı qaz kəmərləri çəkilməlidir. Bunu da SOCAR-ın Qaz İxrac İdarəsi həyata keçirir. Məhz bundan sonra növbə "Azəriqaz"a çatacaq. Ümumiyyətlə, bu işlər Prezident Administrasiyası yanında xüsusi işçi qrupları tərəfindən nəzarətdə saxlanılır.
Bizə bu işlərə başlanılması ilə bağlı tapşırıq gəldikdə bu işlərə başlayacağıq".