"Türkiyədə “Azərenerji”nin törəməsi olan “Global Power” şirkəti fəaliyyət göstərir. Bu şirkət vasitəsi ilə bir neçə ölkəyə elektrik enerjisinin ixracı həyata keçirilir".
Eləcə də bax: "Şahdəniz"dən Türkiyəyə 85 mlrd. kubmetrdən çox qaz ötürülüb
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu barədə "Azərenerji" ASC-nin prezidenti Baba Rzayev Bakıda keçirilən Azərbaycan-Türkiyə 1-ci Enerji Forumundaçıxışı zamanı deyib.
B.Rzayevin sözlərinə görə, bu şirkət vasitəsi ilə Azərbaycandan Türkiyəyə ixrac olunan elektrik enerjisinin satışı, eləcə də Türkiyə, Bolqarıstan və Yunanıstanla enerji mübadiləsi reallaşdırılır.
Hazırda Azərbaycan Rusiya, İran, Gürcüstan və Türkiyəyə elektrik enerjisi ixrac edir.