2023-cü ilin yanvar-noyabr aylarında "Azərenerji" ATSC 378,4 milyon dollar dəyərində məhsul ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Həmin göstəricinin həcmi ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 314,3 milyon dollar və ya 5,9 dəfə çoxdur.
Qeyd edək ki, 2022-ci ilin ilk 11 ayı ərzində "Azərenerji" ATSC 64,1 milyon dollar dəyərində məhsul ixrac edib.