Sentyabrın 14-də Avropada qazın qiyməti növbəti reyord vuraraq 810 dolları keçib.
FED,az xəbə verir ki, hərracların gedişində qazın oktyabr müqavilələri üzrə qiyməti 1 min kubmetr üçün əvvəlcə 770 dolları, daha sonra 780, 790 dolları keçərək 810 dollara çatıb.
«Fitch» agentliyinin mütəxəssisləri bildirir ki, qazın kəskin bahalaşmasının səbəbi Aropadakı qaz anbarlarında ehtiyatların azalmasıdır. «Qazprom»un bu anbarlarda qaz ehtiyatını artırmaq istəməməsi də qazı sürətlə bahalaşdırır. Rusiya şirkəti hazırda «Şimal axını-2» layihəsini işə salmağa hazırlaşır.
Rusiyanın Milli Enerji təhlükəsizliyi fondunun direktoru Konstantin Simonov bildirib ki, Avropada qazın qiyməti 1000 dollara yüksələ bilər. Onun sözlərinə görə, hazırda qaz bazarında baş verənlər spekulyativ xarakter daşıyır və nəyisə proqnoz etmək çətindir.
Ekspert bildirir ki, hazırda Avropada qazın qiymətinin artmasının səbəbi, anbarlarda qaz ehtiyatlarının azalması, hava şəraiti, sıxılmış qaz nəqlinin azalmasıdır.
Amma qiymət artımına spekulyativ səbəblər də təsir edir. «Qazın qiyməti hər gün artırsa, aydındır ki, bu spekulyativ səbəblərdən baş verir»-deyə ekspert bildirir.
K.Simonov bildirir ki, bahalaşmanın bir səbəbi də Avropanın qaz bazarının strukturudur. Belə ki, Avropa Birliyi uzun illərdir ki, yeni qaz bazarı modeli yaradıb. Bunun əsasında uzunmüddətli kontraktlardan imtina və birjaya meyllənmə dayanır. «Avropalılar elə bilirdilər ki, onlarda həmişə qaz profisiti olacaq, amma indi vəziyyət dəyişib: tələbat artır, təklif isə azalır, hamının ümid etdiyi «yaşıl» energetika (yəni bərpa olunan enerji) hələlik ciddi nəticələr göstərməyib».