Albaniyanın qazlaşdırılması layihəsi ilə bağlı işlər cədvələ uyğun gedir.
Azərbaycan Albaniyada qazpaylayıcı şəbəkə yaradır - BÖYÜK SƏRMAYƏ YATIRACAQ
FED.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Albaniya Prezidenti Bayram Beqayla mətbuata bəyanatında bildirib.
“Bu ilin sonunadək bizdə artıq bu layihənin texniki-iqtisadi əsaslandırılması olacaq. Bundan sonra isə ümid edirəm ki, biz dərhal investisiyalara başlayacağıq. Bu, qaz paylayıcı şəbəkəsini qurmaq üçün Albaniyaya yatırılacaq xalis Azərbaycan investisiyası olacaq”, - deyə dövlət başçısı qeyd edib.