“Financial Times” (FT) yazır ki, Qərb hakimiyyətinin nümayəndələri Ankaranı Qara dəniz boğazlarından keçidi bağlamaqda və dənizdən neft nəqlini pozmaqda günahlandırırlar.
Türkiyə boğazlarındakı «tanker tıxacında» - 18 milyon barel neft dayandırılıb
FED.az xəbər verir ki, rəsmilər Bosfor və Çanaqqala boğazlarından keçən gəmilərin ləngiməsi üçün heç bir səbəb görmür və gəmilərin hərəkətinin normallaşdırılmasını tələb edirlər.
Nəşrin həmsöhbətlərindən birinin sözlərinə görə, tıxacda qalan 20 tankerdən təxminən 19-u Qazaxıstandan neft daşıyır. O vurğulayıb ki, nə tankerlər, nə də onların yükləri neftin qiymətinin "tavanına" tabe deyil, ona görə də onların sığorta statusunda heç bir dəyişiklik olmamalıdır.
"Neft tədarükünün ləngiməsi qiymət məhdudiyyətlərinin yox, Ankaranın hərəkətlərinin nəticəsidir", deyə rəsmi əlavə edib.
Bundan əvvəl mətbuat Türkiyə sahillərində gəmilərin “tıxacının” yarandığı barədə məlumat yayıb. Qeyd edilib ki, sıxlıq Ankaranın gəmilərdən xüsusi sığorta - Mühafizə və Təminat Sığortası tələb etməyə başlaması səbəbindən yarana bilər.
Eyni zamanda, ABŞ-ın maliyyə nazirinin müavini Uolli Adeyemo Türkiyə xarici işlər nazirinin müavini ilə söhbətində, dekabrın 5-də tətbiq edilən Rusiya neftinin qiymətinə “tavanın” gəmilərin yoxlanılmasının artırılmasını tələb etmədiyini bildirib. (Marja)