Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Bolat Akçulakovun ölkənin yeni energetika naziri təyin edilməsi barədə sərəncam imzalayıb.
Eləcə də bax: Tokayev Qazaxıstanın yeni hökumətinin tərkibini - TƏSDİQLƏYİB
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, 50 yaşlı yeni nazir ötən ilin aprel ayından “Samruk-Kazına” SC Milli Rifah Fondunun aktivlərin idarə edilməsi üzrə idarəedici direktoru olub.
Bundan əvvəl isə o, “Kazenergy” assosiasiyasının baş direktoru, energetika nazirinin müavini, “Almex Petrochemical” şirkətinin baş direktoru, "KazMunayQaz" Milli Şirkətinin prezidenti vəzifələrində çalışıb.